Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası videokonfrans formatda keçirildi

15 may 2020 | 16:00

Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov tədbir iştirakçılarını salamladı və  Şura iclasının gündəliyini elan etdi.
Sonra rayon icra hakimiyyətinin başçısı çıxışında cənab Prezident tərəfindən 13 may 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların qəbulu sahəsində operativliyin təmin edilməsi və vətəndaş müraciətlərinə baxılma işində səmərəliliyin artırılması məqsədilə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında imzaladığı Fərmanından irəli gələn vəzifələr bərədə geniş məlumat verdi. Vətəndaşların Prezidentinin Administrasiyasının qəbul şöbəsi və struktur bölmə rəhbərlərinin qəbuluna elektron qaydada yazılmasına heç bir maneə və çətinlik yaradılmaması üçün ciddi tapşırıqlar verdi, əhalinin maarifləndirilməsi istiqamətdə tədbirlərin görülməsinin vacibliyini vurğuladı. Onlayn qəbul olunmaq üçün qeydiyyatdan keçmiş vətəndaşların qəbulu üçün rayon icra hakimiyyətində avadanlıqlarla təchiz edilmiş xüsusi otağın ayrıldığını və hər cür şəraitin yaradıldığını bildirdi. Onlayn qəbulun təşkili üçün aparatın müvafiq struktur bölmə rəhbərlərinə tapşırıqlar verdi. 
Daha sonra rayon icra hakimiyyəti başçısı Şura iclasının gündəliyindəki məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələrində xidməti sənədlərin aparılması, normativ-hüquqi aktların, ictimai-siyasi işin vəziyyəti, eləcə də icra nümayəndələrinin iş planlarında nəzərdə tutulmuş  tədbirlərin icrası, xüsusi karantin rejimi ilə əlaqədar Heydər Əliyev Fondu və digər təşkilatlardan göndərilmiş ərzaq bağlamalarının ehtiyacı olan imkansız ailələrə çatdırılması ilə bağlı aparılmış yoxlama zamanı aşkar edilmiş nöqsanları diqqətə çatdırdı. Xüsusi ilə karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və göstərişləri, qəbul etdiyi qərarların pozulduğu, Heydər Əliyev Fondu və digər təşkilatlardan göndərilmiş ərzaq bağlamalarının əhalinin aztəminatlı təbəqəsinə çatdırılmasında sosial-ədalət prinsiplərini pozan ərazi icra nümayəndələri haqqında ciddi intizam tədbirinin görüləcəyini vurğuladı. Yoxlama zamanı xidməti sənədlərin aparılması, normativ-hüquqi aktların hazırlanması, eləcə də icra nümayəndələrinin iş planlarında nəzərdə tutulmuş tədbirlərin icrası, kargüzarlıq işlərinin aparılması, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işində yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması üçün müvafiq tapşırıqlar verdi.
Gündəlikdəki məsələ ilə bağlı başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikovun arayışı dinlənildi.
İclasda müzakirə olunan məsələ ətrafında başçının müavini–İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Zamiq Əhədov, Hüquq şöbəsinin müdiri Araz Quliyev çıxış edərək yoxlama zamanı aşkar edilmiş nöqsanların yaranma səbəblərini və aradan qaldırılması istiqamətində görüləcək işləri qeyd etdilər.
Şura iclasında Noda, Vizəzəmin, Monidigah, Şingədulan, Molalan, Siyov, Qosmalıan və digər ərazi icra nümayəndələri videoformatda çıxış etdilər, arayışda qeyd olunmuş nöqsanları etiraf edərək qısa zamanda aradan qaldıracaqlarının bildirdilər.
Müzakirə olunan məsələ ilə bağlı Şura iclasında müvafiq qərar qəbul edildi.

Keçidlər