Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vəzifəli şəxslərin qanunazidd hərəkətlərinin qarşısının alınması məqsədilə rayonda müvafiq qabaqlayıcı tədbirlər davam etdirilir

12 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən korrupsiyaya qarşı aparılan mübarizə çərçivəsində yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri, xüsusilə İmişli Rayon İcra Hakimiyyəti başçısının və İmişli Rayon İcra Hakimiyyətinin digər vəzifəli şəxsləri barəsində cinayət işlərinin başlanması rayon ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi ilə bərabər, Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin araşdırmaları nəticəsində aşkar edilmiş korrupsiya və rüşvətxorluq halları ilə əlaqədar vəzifəli şəxslər barəsində cinayət işlərinin başlanması bu sahədə ciddi uğurların əldə edilməsinə inamı artırmışdır.
Korrupsiya hüquqpozmalarının, rüşvətxorluq hallarının baş verməməsi üçün rayonda müvafiq qabaqlayıcı tədbirlər davam etdirilir. Korrupsiya hüquqpozmaları hallarının yolverilməzliyi, belə hərəkətlərin dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndiriləcəyi, cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına yol verən dövlət qulluğunda işləyən hər bir şəxsin müvafiq qanunvericiliyə uyğun cəzalandırılacağı vəzifəli şəxslərin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərlərinin və onların tabeliyində olan digər məsul şəxslərin diqqətinə çatdırılmışdır.

Keçidlər