Lerik Rayon İcra Hakimiyyətində rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələri və qərargahın üzvləri ilə videokonfrans keçirilmişdir
Videkonfrans vasitəsi ilə keçirilən müşavirədə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bildirdi ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının 01 may 2020-ci il tarixli qərarı ilə xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılmışdır. Eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilmişdir.
Müşavirədə qərargah üzvlərindən rayon gigiyena və epidemiologiya mərkəzinin direktoru Abidin Alışanov, rayon təhsil şöbəsinin müdiri Zöhrab Salayev, Lerik şəhər, Kirəvud, Şingədulan, Piran və Mondigah kənd ərazi icra nümayəndələri çıxış edərək karantin dövründə görülmüş işlər və gələcəkdə görüləcək işlər barədə məlumat verdilər.
Sonda rayon icra hakimiyyətinin başçısı qərargah üzvlərinə əhali arasında, fəaliyyət göstərən və fəaliyyəti bərpa ediləcək digər sahibkarlıq subyektlərin rəhbərləri ilə sosial izolyasiya və şəxsi gigiyena tədbirlərinə riayət olunması barədə maarifləndirici işlərin, eləcə də rayon ərazisində çoxmənzilli yaşayış binalarında və onların həyətlərində, küçə və yollarda, qeyri-yaşayış obyektlərində, avtomobil dayanacaqlarında, ödəniş terminalları və bankomatlarda dezinfeksiya işlərinin və profilaktik tədbirlərin davam etdirilməsinə dair müvafiq tapşırıqlarını verdi.