8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilmişdir
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Lerik Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bayram münasibəti ilə qadınları təbrik edərək bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası üçün əlverişli şərait yaradılmışdır. Bu gün də dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanın inkişafına qadınların töhfəsini, onların ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı rolunu yüksək qiymətləndirir. Natiq ölkəmizdə bütün sahələrində qazanılan uğurlarda qadınların əməyinin böyük olduğunu diqqətə çatdırdı.
YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov bayram münasibəti ilə qadınları təbrik etdi, onlara işlərində daha böyük müvəffəqiyyətlər arzuladı.
Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin müəllimi Dünyaxanım Kərimova, şəhid anası Səmayə Cəfərova və digər çıxış edənlər qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq etdilər.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən qadınların bir qrupuna hədiyyələr təqdim edildi.