Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik şəhərində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir

31 mart 2020 | 16:00

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə Lerik şəhəri ərazisində əhalinin sıx toplaşdığı ərazilərdə fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması məqsədilə yaradılan mobil qruplar, rayon icra hakimiyyətinin əməkdaşları şəhərin müxtəlif küçələrində, parklarda karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər.
Həmçinin polis əməkdaşları nəqliyyat vasitələri ilə binaların qarşısında və məhəllələrdə  səsgücləndiricilər vasitəsi ilə vətəndaşları ehtiyac olmadıqda evdən çıxmamağa, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə çağırırlar.
Şəhər  sakinlərinin daha sıx olduğu yerlərdəki mövcud oturacaqlar yığışdırılıb, parkların girişləri lentlər vasitəsilə bağlanıb, ictimai-iaşə obyektlərinin işinə nəzarət gücləndirilib.
Nazilər Kabineti yanında Operativ Qərargahın rayonlararası və şəhərlərarası nəqliyyat hərəkətinin tam dayandırılması ilə əlaqədar müvafiq Qərarına əsasən polis əməkdaşları tərəfindən rayonun giriş-çıxış hissələrində postlar qurulub, təcili-tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, həmçinin yük avtomobillərinin hərəkəti istisna olmaqla, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bütün təbliğat, maarifləndirmə dezinfeksiya və digər zəruri işlərin görülməsi  gün ərzində davam etdirilir.

Keçidlər