Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayonda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər bu gün də davam etdirilmişdir.

30 mart 2020 | 16:00

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Lerik rayonunda təxirəsalınmaz tədbirlər bu gün də davam etdirilmişdir. 
Rayon icra hakimiyyəti başçısı yanında qərargahın üzvləri, ərazi icra nümayəndələri, bələdiyyələr,  “könüllülər”  və mobil qrupları şəhər və kəndlərimizdə təbliğat işlərini gücləndirmişdir. Aparılan izahat işləri nəticəsində əhalinin rayon mərkəzinə və qonşu rayonlara gediş-gəlişi məhdudlaşdırılmışdır.
29-30 mart 2020-ci il tarixlərində rayon ərazisində 65 yaşdan yuxarı tənha yaşayan 37 nəfər rayon sakininə rayon icra hakimiyyətində, ərazi icra nümayəndəliklərində və YAP rayon təşkilatında yaradılmış könüllülər, DSMF-nin rayon şöbəsinin sosial xidmət işçiləri ilə birgə sosial-məişət xidmətləri göstərilmiş, tibbi ləvazimatlar paylanılmışdır.  
Lerik şəhərində 3 inzibati idarə binasında, 5 çoxmənzilli yaşayış binalarının həyətləri və bloklarında, Mirzə Fətəli Axundov, Xeyrulla Məmmədov, Əflatun Novruzov və Valeh İbrahimov küçələrində, Nəriman Nərimanov küçəsindəki iki parkda koronavirus əleyhinə tibbi-profilaktik dezinfeksiya işləri aparılmışdır.
Eyni zamanda ərzaq mağazaları və apteklər istisna olmaqla, rayon ərazisində fəaliyyət göstərən bütün iaşə obyektlərinin və sənaye mağazalarının fəaliyyəti tam dayandırılmış, şəhərdəki parkların girişinə lentlər çəkilərək, sakinlərin parklara girişinə qadağa qoyulmuşdur.
Lerik Rayon İcra Hakimiyyəti tərəfindən ölkədə koronavirus infeksiyası ilə bağlı infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi rejimin qaydalarına əməl edilir və rayon ərazisində icrası tam olaraq nəzarətdə saxlanılır.

Keçidlər