Koronavirusla mübarizə tədbirləri davam etdirilir
26 mart 2020 | 16:00
Koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində rayonun bütün idarə və müəssisələri Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi karantin rejiminə uyğun işlərini qurmuşlar. Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Lerik rayonunda təxirəsalınmaz tədbirlər davam etdirilir.
Rayon icra hakimiyyətinin əməkdaşları 25 mart 2020-ci il tarixdə rayonumuzda fəaliyyət göstərən “Relax” turizm-istirahət əyləncə mərkəzində karantində olan Azərbaycan vətəndaşlarına ərzaq bağlamaları, bayram xonçaları, tibbi ləvazimatlar təqdim etmişlər.
Karantində olan vətəndaşlar dövlətin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)







