Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi

06 mart 2020 | 16:00

2020-ci il martın 6-da Beynəlxalq Qadınlar Günü münasibətilə Lerik Rayon İcra Hakimiyyətində tədbir keçirildi.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bayram münasibətilə qadınları təbrik edərək bildirdi ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri Azərbaycan qadınının adı ilə bağlıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası üçün əlverişli şərait yaradılmışdır. Azərbaycan qadını respublikamızın ictimai-siyasi həyatında böyük rol oynayır. Dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanın inkişafına qadınların töhfəsini, onların ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı rolunu yüksək qiymətləndirir. Təhsil, səhiyyə, mədəniyyət sahələrində, idarəetmə orqanlarında qadınlar hər zaman yüksək vəzifələrə irəli çəkilirlər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmiz üçün müxtəlif sahələrdə gördüyü işlər, o cümlədən təhsil və səhiyyənin inkişafına, milli mədəni irsin qorunmasına yönələn fəaliyyəti hər bir vətəndaşda böyük məmnunluq hissi doğurur. Rayonumuzda müxtəlif təşkilatlarda, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında qadınlar uğurla fəaliyyət göstərirlər. Onlardan bir qrupunun fəxri adlara, dövlət təltiflərinə layiq görülməsi ölkə rəhbərliyinin rayonumuzun bütün qadınlarının əməyinə verdiyi qiymətdir.
Tədbirdə Əməkdar həkim Sadiqə Rufullayeva, Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin direktoru, Əməkdar müəllim Gültəkin Şıxəliyeva, həmin liseyin müəllimi, “Tərəqqi” medallı Dünyaxanım Kərimova, Lerik şəhər 3 saylı tam orta məktəbinin müəllimi Lütviyyə Vəliyeva, gənc fəal Məleykə Cəbizadə, Lərmərud kənd tam orta məktəbinin müəllimi Xuraman Rzayeva, Uzunömürlülər muzeyinin direktoru Dilarə Fətullayeva çıxış edərək, Azərbaycan qadınlarının ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq ölkəmizin inkişafının təmin edilməsinə öz töhfələrini verdiklərini, mədəniyyətin, incəsənətin, elmin müxtəlif sahələrində, dövlət quruculuğu prosesində böyük nailiyyətlər əldə etdiklərini, rayonun ictimai-siyasi və mədəni həyatında qadınların uğurla fəaliyyət göstərdiklərini, onlardan fəxri adlara, dövlət təltiflərinə layiq görülənlərin olduğunu qeyd etdilər, qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Daha sonra rayonun ictimai-siyasi həyatında fərqlənən qadınların bir qrupuna hədiyyələr təqdim edildi.

Keçidlər