Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Nüvədi ərazisində növbəti səyyar görüş-qəbul keçirildi

13 dekabr 2019 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov  rayonun Nüvədi kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirdi.
Vətəndaşları salamlayan rayon icra hakimiyyəti başçısı bildirdi ki, belə görüşlərin keçirilməsinin məqsədi yerlərdə sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir.  Həmçinin rayon rəhbəri qeyd etdi ki, Prezident cənab İlham Əliyevin diqqəti və qayğısı nəticəsində ölkəmizin digər regionları kimi, rayonumuz da ildən-ilə abadlaşdır və inkişaf edir.
Sonra rayon icra hakimiyyətinin başçısı cənab Prezident tərəfindən qəbul edilən Dövlət Proqramlarının uğurlu icrasından, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi.
Görüşdə kənd sakinləri əsasən içməli su probleminin həllinə, əraziyə qaz xəttinin çəkilişinə, kəndara avtomobil yollarının təmirinə, Brkandul kəndində yeni məktəb binasının və piyada körpüsünü tikintisinə köməklik göstərilməsini xahiş etdilər. 
Vətəndaşların müraciətlərini tək-tək dinləyən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər