Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Xocalı soyqırımının iyirmi birinci ildönümü münasibəti ilə ümumrayon tədbiri

27 fevral 2013 | 16:00

Lerik Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının iyirmi birinci ildönümü münasibəti ilə ümumrayon tədbiri şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirdə rayon idarə, müəssisə və təşkilat rəhbərləri rayon ağsaqqalları və ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Giriş sözü ilə tədbiri rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov açaraq bildirdi ki, XX əsrin ən qanlı hadisələrindən olan Xocalı Faciəsi də erməni-rus hərbi birləşmələri tərəfindən törədilmişdir. Bu qanlı soyqırım nəticəsində 7 mindən çox əhalisi olan Xocalı şəhəri yerlə yeksan edilmiş, 613  soydaşımız amansızlıqla qətlə yetirilmişdir. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 8 ailə tamamilə məhv edilmişdir. Qətlə yetirilən vətəndaşlarımızın meyidlərinə qarşı insanlığa sığmayan hərəkətlər edilmişdir.
Bu qanlı faciənin soyqırım aktı kimi tanınması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz, Heydər Əliyev Fondu və dünyada fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən ardıcıl iş aparılır, dünyanın demək olar ki, əksər dövlətlərində hər il silsilə tədbirlər keçirilir. Xocalı qətliamını olduğu kimi, faktlarla dünya ictimaiyyətinə çatdırmaq məqsədilə filmlər, goto-sərgilər nümayiş etdirilir, anım tədbirləri keçirilir. Bütün bunlar isə ilk dəfə 1994-cü ildə Milli Məclisdə bu hadisəyə hüquqi-siyasi qiymət vermiş  ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və bu siyasi kursun cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində mümkün olur. Artıq iyirmi il aparılan siyasət öz bəhrəsini verməkdədir. Pakistan, Meksika, Kolumbiya, Çexiya və Rumuniya kimi dövlətlərin parlamentlərində, ABŞ-ın 6 ştatında, bir sıra Beynəlxalq təşkilatların ali orqanlarında Xocalı soyqırımına siyasi qiymət verilmişdir. Hazırda ölkəmizin xarici dövlətlərdəki səfirlik və konsulluqları, diaspor təşkilatlarımız, xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kompaniyası vasitəsilə Xocalı soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən olmasını sübut etmək üçün dünyanın demək olar ki, bütün dövlətlərində müxtəlif tədbirlər keçirilir. Ağ Evin rəsmi saytında Qarabağ məsələsi və Xocalı faciəsi ilə bağlı yerləşdirilən petisiyaların hər birinə qısa vaxt ərzində 100 mindən çox səsin verilməsi bu məsələdə xalqımızın dövlətimizlə birgə olduğunu bir daha sübut etdi. Hər birimiz bundan sonra da Xocalı faciəsinin tarixdə qalması üçün əlimizdən gələni əsirgəməməliyik.
Tədbirdə rayon icra hakimiyyətini başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Arzu Vəliməmmədova məruzə ilə çıxış edərək 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni cəlladlarının dinc Xocalı sakinlərinə qarşı törətdikləri vəhşilikdən, heç bir fərq qoymadan kütləvi qırğınlar törətməsindən  söz açmışdır. Məruzədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Milli Məclisi bu məsələ ilə əlaqədar dəfələrlə xüsusi bəyanatlar və müraciətlər qəbul etmişdir. “Xocalı Soyqırımı Günü haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli 791 nömrəli qərarı ilə 26 fevral Xocalı Soyqırımı Günü elan olunmuş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Tədbirdə rayon peşə məktəbinin direktoru Hüseynbala Əliyev, rayon məhkəməsinin hakimi Vəzirxan Məlikov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik Rayon Şöbəsinin rəisi Elməddin Cəfərov və başqaları çıxış edərək ermənilərin Azərbaycana qarşı olan ərazi iddialarından və azərbaycanlılara qarşı törətdikləri soyqırım siyasətindən söz açdı, bu qanlı faciənin soyqırım aktı kimi bütün dünya dövlətləri tərəfindən tanınmasından ötrü işin aparılmasının  hər bir vətəndaşın ümdə vəzifəsi olduğunu bildirdilər.

Keçidlər