Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Azərbaycan Xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirildi

12 dekabr 2019 | 16:00

Heydər Əliyev Meydanında Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin vəfatının 16-cı il dönümü münasibəti ilə anım mərasimi keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının rəhbərləri ümummilli liderin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad etdilər.
Sonra rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər Ümummilli Lider Heydər Əliyevin abidəsi önündən keçərək abidənin önünə tər gül-çiçək dəstələri düzdülər, Ulu Öndərə sonsuz ehtiramlarını bildirdilər.
Daha sonra Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Konfrans iştirakçıları Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular və ümummilli liderin həyatını əks etdirən “Öndərin yolu” adlı qısa metrajlı sənədli filmə tamaşa etdilər.
Konfransı giriş sözü ilə açan icra hakimiyyəti başçısı Rövşən Bağırov ümummilli lider, ulu öndər Heydər Əliyevin keçdiyi mənalı, şərəfli həyat yolundan, dövlətimizin iqtisadi cəhətdən gücləndirilməsi istiqamətindəki heç bir ölçüyə sığmayan fəaliyyəti barədə ətraflı məlumat verərək “Azərbaycan  tatixində Heydər Əliyev imzası” mövzusunda məruzə etdi.
Bildirdi ki, bu gün Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatından 16 il ötür. Xalqımız o unudulmaz şəxsiyyəti həmişə yad edir, onun xatirəsini əziz tutur, hər il vəfatının ildönümü günü böyük axınla onun məzarını ziyarət edir, xatirəsini anır.
Azərbaycan xalqının ictimai-siyasi həyatında, dövlətçilik tarixində özünəməxsus rol oynamış ulu öndər Heydər Əliyev dövlətçilik konsepsiyasının, dövlətçilik ənənələrinin yaradılmasında mühüm rol oynamış və Azərbaycan tarixinə adını qızıl hərflərlə yazmışdır. Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində gördüyü işlər xalqa ləyaqətli xidmətin parlaq nümunələridir.
Heydər Əliyev həm birinci dəfə, həm də ikinci dəfə eyni şəraitdə – ictimai-siyasi münasibətlərin kəskin şəkildə gərginləşdiyi, dövlət idarəçiliyinin fundamental əsaslarının dağıldığı, hərc-mərclik yarandığı dövrlərdə ölkəyə rəhbərlik etməyə başlamışdır. 1993-cü ildə Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək həddinə çatmışdı. Məhz Heydər Əliyev ölkəyə milli dövlətçilik yaratmağın mümkün olması barədə yeni inam verdi və Azərbaycanın dünya tarixində öz yerini müəyyənləşdirdi. Məhz Heydər Əliyevin qayıdışı sayəsində Azərbaycan xalqında ruh yüksəkliyi yarandı, gələcəyə inam oyandı. Azərbaycan təcrid vəziyyətindən çıxdı və dünya birliyinin üzvü oldu, mötəbər beynəlxalq təşkilatlara qəbul edildi. Xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsi, siyasi, iqtisadi və hüquqi sahədə islahatlara başlandı. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın qabaqcıl ölkələri və ən iri neft şirkətlərinin iştirakı ilə çağdaş tariximizə “Əsrin Müqaviləsi” adı ilə düşmüş qlobal neft müqaviləsinin imzalanmasına Heydər Əliyev siyasəti ilə yaranan sabitliyin və Qərb dövlətlərində Heydər Əliyev şəxsiyyətinə olan inamla nail olundu.
Bu gün Azərbaycan Heydər Əliyevin uzaqgörənliklə hazırlayıb həyata keçirdiyi strategiya nəticəsində, ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyir, hərtərəfli inkişaf edir, siyasi-hüquqi və iqtisadi baxımdan qüdrətli dövlətə çevrilir.
Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, ölkəmizin bütün bölgələri sürətlə inkişaf edir. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması məqsədilə Lerik şəhərində və kəndlərimizdə tikinti-quruculuq, abadlıq işləri aparılmış, yeni məktəb binaları, səhiyyə ocaqları, digər sosial obyektlər tikilmiş, yaşayış məntəqələrinə qaz xətlərinin çəkilişi davam etdirilmiş, kəndlərarası yollar təmir və bərpa edilmişdir. Prezident cənab İlham Əliyev ötən ilin oktyabrın 15-də rayonumuza dördüncü səfəri zamanı bir sıra sosial obyektlərin açılış mərasimlərində iştirak etdi, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Görüş zamanı cənab Prezident rayonda görülən işləri yüksək qiymətləndirdi və bu tədbirlərin növbəti illərdə də davam etdiriləcəyini bildirdi. Səfərdən sonra cənab Prezidentin rayonumuzun sosial-iqtisadi inkişafına, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair imzaladığı sərəncamlar rayon ictimaiyyəti tərəfindən razılıq və minnətdarlıqla qarşılandı. Sonra çıxışında rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov Azərbaycan xalqının hələ neçə-neçə nəsli Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, vətəndaşların rifahı naminə faydalanacağını vurğuladı .
Konfransda YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşiyev  “Ümummilli Lider Heydər Əliyev və Yeni Azərbaycan Partiyası”, Lerik Rayon Prokuroru  Bəhruz İbrahimov “Ulu Öndər Heydər Əliyev - hüquqi islahatların müəllifidir”, Lerik Rayon Təhsil Şöbəsinin əməkdaşı Heseynbala Əliyev  “Heydər Əliyev və Azərbaycan təhsili” mövzularında geniş məruzə etdilər.
Tədbir iştirakçılarından Əkrəm Abdullayev çıxış edərək müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndərin həyatı, dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edən fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, ötən əsrdə  iki dəfə xalqımızın və dövlətçiliyimizin ən ağır vaxtında məsuliyyəti öz üzərinə götürərək siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev öz uzaqgörən siyasəti ilə Azərbaycanı inkişaf yoluna çıxarmış, dövlətçiliyimizi məhv olmaqdan xilas etmişdir. Bütün bu xeyirxah əməlləri ilə xalqın ürəyində özünə əbədilik qazanmışdır.
Sonra Lerik şəhərində “Xeyir-Şər” evində rayon icra hakimiyyəti tərəfindən Ulu Öndər Heydər Əliyevin anım mərasimi ilə əlaqədar 300 nəfərlik ehsan süfrəsi açıldı.

Keçidlər