Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Biləvər kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

28 noyabr 2019 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov  rayonun Biləvər kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirdi.
Öncə Rövşən Bağırov görüş iştirakçılarını salamladı və bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə Biləvər kəndində görüşürük. Belə görüşlərin məqsədi sakinlərin problemlərini yerində öyrənmək və onları həll etməkdir. 
Sonra rayon icra hakimiyyətinin başçısı çıxışında cənab Prezident tərəfindən 2019-cu ildə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əmək haqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması barədə kənd sakinlərinə geniş məlumat verdi. Həmçinin rayon rəhbəri qeyd etdi ki, ölkəmizin digər regionları kimi, Lerik rayonu da ildən-ilə abadlaşdır və inkişaf edir.
Görüşdə sakinlər öz problemlərini dilə gətirib, təkliflərini səsləndirdilər. Müraciətlər də əsasən işlə təminat, ərazinin kəndlərinə qaz xəttinin çəkilişi, elektrik xətlərinin və  elektrik dirəkləri yenilənməsi, Şivlə, Biləvər kəndlərinə gedən avtomobil yolunun təmiri və yolda körpünün inşa etdirilməsi kimi məsələlər üstünlük təşkil edirdi.
Vətəndaşların müraciətlərini tək-tək dinləyən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər