Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Monidigah kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

07 noyabr 2019 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov  07 noyabr 2019-cu il tarixdə rayonun Monidigah kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirdi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı. Bildirdi ki, cənab Prezidentin tapşırığı ilə yerlərdə səyyar görüş-qəbullar mütəmadi olaraq keçirilir ki,  bu görüşlərdə əsas məqsəd vətəndaşları narahat edən problemlərlə yerindəcə tanış olmaq və problemlərin həlli istiqamətində tədbirlər görməkdir. Prezidentin rayonumuza dördüncü tarixi səfərindən və rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısından söhbət açan natiq ölkəmizin digər regionları kimi, Lerik rayonunun da ildən-ilə inkişaf etdiyini, abadlaşdığını bildirdi.
Sonra rayon icra hakimiyyətinin başçısı cənab Prezident tərəfindən qəbul edilən Dövlət Proqramlarının uğurlu icrasından, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılmasından, şəhid ailələrinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsindən, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılmasından və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi.
Vətəndaşlar ərazidə işsizliyin aradan qaldırılması üçün istehsal müəssisələrinin yaradılmasına, Nisli kəndinə qaz xətinin çəkilməsinə, Monidigah kəndində yeni tikilmiş məktəbin həyətinin asfaltlaşdırılmasına və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə bağlı müvafiq izahatlar aparıldı və məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər