Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

25 oktyabr 2019 | 16:00

25 oktyabrda Lerik Rayon Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbir “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filminin nümayişi ilə başladı.
Toplantıda çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov qonaqları və tədbir iştirakçılarını salamlayaraq dövlət-din münasibətlərindən söz açdı. Dini radikalizm və ekstremizmlə mübarizənin əhəmiyyətini vurğuladı və bu istiqamətdə həyata keçirilən tədbirlərin, seminar-müşavirədə nümayiş olunan sənədli filmin əhəmiyyətini yüksək dəyərləndirdi.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək bildirdi ki, hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili xüsusi rol oynayır və beynəlxalq güclər bu vəziyyətdən məharətlə istifadə edirlər. Bu müəyyən maraqlı qüvvələr tərəfindən yaradılan çoxsaylı hərəkat və cərəyanların timsalında özünü açıq büruzə verir.
Sədr müavini dini radikalizmin qarşısının alınması, vətəndaşlarımızın xarici təsirlərdən qorunması, ölkədəki dini durumun sabit saxlanılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri bu gün də uğurla davam etdirildiyini vurğuladı.
Bu gün zərərli dini ideologiyalarla mübarizədə ən səmərəli metodlardan birinin maarifləndirmə işinin gücləndirilməsi, insanların, xüsusilə də gənc nəslin dini biliklərinin artırılması olduğunu diqqətə çatdıran natiq, ümumi təhlillərin gənclərin bu təsirlərə daha çox dini biliklərinin zəif olması və savadsızlıq səbəbindən məruz qaldıqlarını göstərdiyini qeyd etdi.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi İlham Əliyev çıxışında yad dini ideologiyaları İslam adı altında təbliğ etməyə çalışan bəzi ünsürlərə qarşı mübarizədə din xadimlərinin qarşısında duran vəzifələrdən və bu sahədə həyata keçirilən tədbirlərdən söhbət açdı.
Seminar-müşavirə müzakirələrlə öz işini yekunlaşdırdı.

Keçidlər