Şuranın növbəti iclası keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şuranın növbəti iclası keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov tədbir iştirakçılarını salamladı və Şura iclasının gündəliyində duran məsələlər barədə məlumat verdi.
Şura iclasında “Lerik şəhər 2 saylı körpələr evi-uşaq bağçasında, Hamarat və Piran kənd uşaq bağçalarında məktəbəqədər yaşlı uşaqların tərbiyəsi və ümumi təhsilə hazırlanmasının vəziyyəti haqqında” başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədovanın arayışı dinlənildi.
Şura iclasında gündəlikdə duran məsələlərlə bağlı Lerik şəhər icra nümayəndəsi Kaməddin Məstiyev, Piran kənd ərazi icra nümayəndəsi Rizvan Əsədov və kənd uşaq bağçasının müdiri Nəzakət İbrahimova, Dəstər kənd ərazi icra nümayəndəsi Sahil Əşrəfov və Hamarat kənd uşaq bağçasının müdiri Məlahət Qurbanova çıxış etdilər.
Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov Şura iclasının gündəliyinə daxil edilmiş məsələ ilə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Müzakirə olunan məsələ ilə bağlı Şura iclasında müvafiq qərar qəbul edildi.