Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şuranın növbəti iclası keçirildi

27 sentyabr 2019 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şuranın növbəti iclası keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov tədbir iştirakçılarını salamladı və  Şura iclasının gündəliyini elan edərək cənab Prezident tərəfindən 2019-cu ildə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması barədə geniş məlumat verdi.
Şura iclasında “Yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması, onların təhsili və sağlamlığının mühafizəsi, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqətin artırılması, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi istiqamətində rayonda həyata keçirilən işlərin vəziyyəti haqqında” başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədovanın və ““Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinin yerinə yetirilməsi vəziyyəti, kargüzarlıq işlərinin aparılması və vətəndaş müraciətlərinə baxılması işinin Vizəzəmin, Nüvədi, Noda və Tikəband kənd ərazi icra nümayəndəliklərində Təlimatın tələblərinə uyğun icrası barədə” Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramovun arayışları dinlənildi.
Şura iclasında məruzələr ətrafında rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru Amil Kərimov, rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru İlham Zülfiyev, Piran uşaq bağçasının müdiri Nəzakət İbrahimova, Vizəzəmin, Tikəband və Piran kənd ərazi icra nümayəndələri çıxış etdilər.
Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov Şura iclasının gündəliyinə daxil edilmiş məsələlərlə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Müzakirə olunan məsələlərlə ilə bağlı Şura iclasında müvafiq qərarlar qəbul edildi.

Keçidlər