Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Soru kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

29 avqust 2019 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun 29 avqust 2019-cu il tarixdə rayonun Soru kəndində Əliabad kənd inzibati ərazi dairəsindən olan vətəndaşlarla səyyar görüş-qəbul keçirdi.
Rayon icra hakimiyyətinin başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında respublikada, o, cümlədən rayonda aparılan tikinti-quruculuq, abadlıq işləri barədə söhbət açdı. Əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan və həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi.
Görüş-qəbullarda 12 vətəndaş dinlənildi. Vətəndaşlar ərazinin kəndlərin qazlaşdırılmasına, elektrik xətlərinin təmirinə, içməli su probleminin həlli üçün artezian quyusunun qazılmasına, avtomobil yollarının əsaslı təmirinə, Soru kənd məktəbi və həkim məntəqəsi üçün yeni binaların tikintisinə, odun yanacağının tədarükünə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər