Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Livədirqə kənd inzibati ərazi dairəsində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

21 avqust 2019 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov  21 avqust 2019-cu il tarixdə rayonun Əvilə kəndində Livədirqə kənd inzibati ərazi dairəsindən olan vətəndaşlarla səyyar görüş-qəbul keçirdi.
Rayon icra hakimiyyətinin başçısı cənab Prezident tərəfindən qəbul edilən Dövlət Proqramlarının uğurlu icrasından, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqlarının, pensiya və müavinətlərin əhəmiyyətli dərəcədə artırılmasından, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılmasından və digər sosial ödənişlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi.
Səyyar görüş qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak edərək, vətəndaşlar dinlənildi.
Görüş-qəbulda vətəndaşlar tərəfindən 11 məsələ qaldırıldı. Vətəndaşlar Lerik-Mastail-Laman kənd avtomobil yolunun əsaslı təmirinə, Livədirqə-Əvilə kəndi arasındakı avtomobil yolunda körpünün quraşdırılmasına,  Murya kəndinə su xəttinin çəkilişinə, əraziyə gələn yüksək gərginlikli elektrik xətlərinin əsaslı təmiri və kənddaxili xətlərin sip kabelləşdirilməsinə,  Murya kənd tam məktəbi üçün yeni binanın tikintisinə, Livədirqə kənd ümumi orta məktəbinin bazası əsasında tam orta məktəbin açılmasına və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirlər qeyd olundu.  Qəbul zamanı qaldırılmış məsələlərdən 2-si yerində həll edildi, 6-nın Dövlət Proqramında icrasının nəzərdə tutulduğu bildirildi, digər məsələlərlə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

 

Keçidlər