Laman və Sors kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi
Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov 26 iyul 2019-cu il tarixdə rayonun Laman və Sors kəndlərində vətəndaşlarla səyyar görüş-qəbul keçirdi.
Rayon icra hakimiyyətinin başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında son illər respublikada, o, cümlədən rayonda aparılan tikinti-quruculuq, abadlıq işləri barədə söhbət açdı. Əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılmasından, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılmasından və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi.
Görüş-qəbullarda 16 vətəndaş dinlənildi. Vətəndaşlar ərazilərdə kəndlərin qazlaşdırılmasına, elektrik xətlərinin təmirinə, içməli su probleminin həllinə, avtomobil yollarının əsaslı təmirinə, buğda biçin vaxtı kombayn ilə təmin olunmalarına, odun yanacağının tədarükünə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.