Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirildi

17 iyun 2019 | 16:00

İyunun 17-də Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirildi. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov, idarə, müəssisə və təşkilat rəhbərləri, tibb işçiləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad etdilər.
Tədbiri giriş sözü ilə açan Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev 17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə şərəfli peşə sahiblərini təbrik edərək bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il iyunun 17-də təsdiq olunmuş 2-ci hökumət kabinetinin strukturunda ilk dəfə olaraq Səhiyyə Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncamla respublikanın sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri və Azərbaycan Xalq Cümhuriyyəti Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq hər il iyunun 17-nin Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunması qərara alınmışdır.
1918–1920-ci illərdə respublikada səhiyyə sisteminin inkişafı istqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Sovet hakimiyyəti illərində sosial sahədə müəyyən işlərin işlərin görülməsinə baxmayaraq, sonrakı dövrlərdə durğunluq yaranmışdı. 1960-cı illərin sonu–1970-ci illərin əvvəlləri, daha dəqiq desək, Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk aylardan başlayaraq Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni həyatında böyük canlanma yarandı, bütün sahələrdə olduğu kimi, səhiyyədə də inkişaf dövrü başladı. Təkcə 1970–1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa edilmişdir. Dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illər bir sıra çətinliklərlə müşayiət edilsə də, həmin illər vaxtilə Azərbaycan səhiyyəsində qazanılmış nəticələrdən praktikada istifadə edilməsinə yönəlmiş fəal elmi axtarışlarla əlamətdardır. Prezident Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüksəldilməsi və intensivləşdirilməsi üçün geniş baza yaradıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində bu gün ölkəmizin səhiyyə sistemi gündən-günə inkişaf edir, paytaxtda və bölgələrdə müxtəlif tibb müəssisələrinin fəaliyyəti üçün maddi-texniki baza gücləndirilir.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatı aparatının rəhbəri Elxan Qənbərov, Nücü kənd həkim məntəqəsinin müdiri Ağaddin Rzayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov çıxış edərək ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də inkişafın yüksəldilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması yönündə böyük tədbirlərin həyata keçirildiyini vurğuladılar, rayonun səhiyyə sahəsinə, tibb işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə tibb işçilərinə təbriklərini çatdıraraq bildirdi ki, əhalinin sağlamlığının qorunması, tibbi yardımın keyfiyyətinin yüksəldilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqətində olmuş, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq qanunvericilik bazası təkmilləşdirilmişdir. Bütün bunlar əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması istiqamətində görülən silsilə tədbirlərin davamıdır. Müxtəlif vaxtlarda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə bir qrup tibb işçiləri fəxri adlara, dövlət təltiflərinə layiq görülmüşlər. Onların arasında rayonda fəaliyyət göstərən tibb işçiləri də olmuşlar. Rayon üzrə 3 nəfər “Əməkdar həkim” fəxri adına layiq görülmüşdür. Bütün bunlar ölkə rəhbərliyi tərəfindən tibbi personala göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Daha sonra Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov səhiyyə sahəsində uzunmüddətli səmərəli əmək fəaliyyətinə görə və 17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə Lerik Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunmuş bir qrup tibb işçisinə fəxri fərmanları təqdim etdi.

Keçidlər