Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Tikəband kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

13 iyun 2019 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov 13 iyun 2019-cu il tarixdə rayonun Tikəband kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirdi.
Rayon icra hakimiyyətinin başçısı ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlər, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamlar barədə məlumat verdi.
Cənab Prezidentin regionlara göstərdiyi diqqət və qayğını görüş iştirakçılarının  nəzərinə çatdırdı və rayonda görülən abadlıq-quruculuq işlərindən bəhs etdi.
Sonra rayon İcra hakimiyyətinin başçısı Rövşən Bağırov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini xahiş etdi.
Görüş-qəbulda 9 vətəndaş dinlənildi. Vətəndaşlar  ərazidə elektrik xətlərinin təmirinə və sipləşdirilməsinə, Veri-Tikəband avtomobil  yolunun texnika ilə hamarlanmasına, Tikəband kəndində mövcud su probleminin həll edilməsinə, Davradibi kəndinin telefonlaşdırılmasına və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirlər qeyd olundu. Qəbul zamanı qaldırılmış məsələlərin əksəriyyətinin Dövlət Proqramında icrasının nəzərdə tutulduğu bildirildi, digər məsələlərlə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər