Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatı Gənclər Birliyinin V konfransı keçirildi

14 may 2019 | 16:00

Konfransda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, YAP Lerik rayon təşkilatının Gənclər Birliyinin üzvləri və konfransa seçilmiş nümayəndələr iştirak edirdilər.
Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər gül-çiçək dəstələri düzdülər.
Sonra tədbir Lerik Rayon Mədəniyyət Mərkəzində Azərbaycan respublikasının Dövlət Himninin səsləndirilməsi ilə davam etdirildi.
Tədbiri giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşiyev konfrans iştirakçılarını salamladı və konfrans gündəliyini elan etdi. Çıxışında C.Baxşıyev bildirdi ki, son illər Respublikamızda gedən dinamik inkişafın mərkəzində məhz Yeni Azərbaycan Partiyası durur. Yaradıcısı və qurucusu ümummilli liderimiz Heydər Əliyev olan partiya daim dövlətçilik ənənələrinə sadiq olmuş, dövlət quruculuğuna öz töhfələrini vermişdir. Yeni Azərbaycan Partiyasının hər bir üzvü ulu öndərin yaratdığı siyasi məktəbin yetirməsi, onun ideyalarının təbliğatçısıdır. Ümummilli liderimizin müəyyən etdiyi istiqamət, doğru yol onun layiqli varisi cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Sonra YAP Lerik rayon təşkilatı Gənclər Birliyinin sədri Nüsrət Kərimov hesabat məruzəsi ilə çıxış etdi.
Məruzə ətrafında gənc partiya fəallarından Orxan Abbaszadə, Veysəl Məlikov və Şəms Cabbarova çıxışlar etdilər.
Çıxışlardan sonra rayon təşkilatının Gənclər Birliyinin sədri, Şura üzvləri, idarə heyəti  və YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçildi. Nüsrət Kərimov yenidən YAP Lerik rayon təşkilatının Gənclər Birliyinin sədri seçildi.
Konfransda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov çıxış edərək Gənclər Birliyinin yeni seçilmiş tərkibini təbrik etdilər. Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışdılar. Həmçinin Lerik gənclərinin də ölkəmizin ictimai həyatında fəal iştiraklarını qeyd edərək Gənclər Birliyi üzvlərinin rolunu yüksək qiymətləndirdilər. Cənab Prezident İlham Əliyevin sədri olduğu partiyanın üzvü olmağın məsuliyyətli və şərəfli iş olduğunu vurğulayaraq partiyada təmsil olunan gənc fəallara işlərində yeni uğurlar, nailiyyətlər arzuladılar.
Konfransda partiya sıralarına yeni qəbul olmuş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edildi.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul edildi.

Keçidlər