Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Orand kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

08 may 2019 | 16:00

Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Orand kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı. Bildirdi ki, səyyar qəbulların keçirilməsində məqsəd sakinlərin problemlərini yerindəcə həll etmək, onlar tərəfindən edilən müraciətlərin reallaşdırılmasıdır.
Sonra çıxışında rayon icra hakimiyyətinin başçısı ölkədə və rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri, o cümlədən Orand kəndində yeni məktəb binasının və Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə avtomobil yolunda aparılan tikinti işləri  haqqında geniş məlumat verərək belə layihələrin bundan sonra da davam edəcəyini vurğuladı.
Daha sonra natiq 2019-cu ildə cənab Prezidentin minimum əmək haqqının, pensiyaların, problemli kreditlərin həlli, tələbələrin təqaüdlərinin artırılması barədə verdiyi sərəncamların əhəmiyyəti haqqında kənd əhalisinə məlumat verərək, bu sərəancamların əhalinin mövcud sosial problemlərinin həllində böyük əhəmiyyətə malik olduğunu qeyd etdi.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Qədir Rzayev, Hamil Mustafayev, Xəzər Mikayılov və digərləri çıxış edərək rayon ərazisində həyata keçirilən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər, əraziyə qaz xəttinin çəkilməsinə, kənddaxili yollarının təmirinə, elektrik xətlərinin sipləşdirilməsinə, kənddə internet xidmətinin göstərilməsinə və bir sıra şəxsi xarakter daşıyan problemlərini həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd edərək aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər