Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov Qarabağ müharibəsi əlilləri ilə görüşmüşdür

31 yanvar 2013 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov bildirdi ki, cənab Prezidentin rəhbərliyi sayəsində ölkəmizdə böyük işlər görülür. Rayonumuzda da tikinti, quruculuq, abadlıq işləri aparılır. Cənab Prezident son illərdə üç dəfə rayonumuzda olmuşdur. Birinci səfərində Lənkəran–Lerik yolunun, ikinci səfərində Lerik rayonunda qaz xəttinin, üçüncu səfərində bir sıra yeni sosial obyektlərinin açılış mərasimlərində iştirak etmişdir. Cənab Prezidentin tapşırığına əsasən rayon ərazisində modul elektrik stansiyası tikilir. Elektrik stansiyasının 2013-cü ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Həmin stansiya həmçinin Yardımlı rayonunu da elektrik enerjisi ilə təmin edəcəkdir. Lerik şəhərində su və kanalizasiya xətləri çəkilir. Tikinti işləri 3-4 aya başa çatdırılacaqdır. Hazırda rayon ərazisində 8 məktəb binası tikilir. 2013-cü ildə rayonumuzda daha 8 məktəb binasının tikintisinə başlanacaqdır. Cənab Prezidentin Sərəncamı əsasında artıq Lerik-Qosmalian-Kəlvəz yolunun 9 km-i asfaltlaşdırılmışdır. Bu il yolun tikintisi tam başa çatdırılacaqdır. Eyni zamanda Şingədulan-Xanagah yolu da əsaslı təmir ediləcəkdir.
Cənab Prezidentin tapşırığı ilə Rayon icra hakimiyyəti Qarabağ müharibəsi əlillərini və şəhid ailələrini hər zaman diqqət mərkəzində saxlamağa çalışır. Qarabağ müharibəsi əlilləri üçün rayonda iki 16 mənzilli bina tikilmişdir. Həmçinin əlillər üçün 11 fərdi ev tikilmiş, onlara 27 minik avtomobil verilmişdir. Bununla belə evlə təmin olunmaq istəyənlərin sayı hələ də çoxdur. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16 və bir 32 mənzilli binanın tikilməsi Dövlət proqramında nəzərdə tutulmuşdur. Yaxın vaxtlarda bonların tikintisinə başlanacaq və bu kateqoryadan olan vətəndaşlarımızın mənzil şəraiti tam yaxşılaşdırılacaqdır.
Problemlərimiz barədə də məlumat vermək lazımdır. Zaqatala-Balakən rayonlarında baş vermiş zəlzələ bəzi layihələrin həyata keçirilməsinə maneəçilik yaratdı. Respublikamızda aparılan böyük quruculuq və abadlıq işlərinə kölgə salmaq istəyən qüvvələr də vardır. “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi dünyada böyük rəğbətlə qarşılanmışdır. Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. 2015-ci ildə I Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qəbul olunmuş qərar müstəqil dövlətimizin və onun gənc liderinin dünyada artan nüfuzunun təzahürüdür.
Mən indi sizləri dinləmək, sizi narahat edən problemləri eşitmək istəyirəm.
Qarabağ müharibəsi əlili Cəlal Məmiyev Əlillər Cəmiyyəti nəzdində çay evinin tikintisinə, İlyas Əliyev Qarabağ əlilləri üçün inşa edilmiş yeni binada elektrik sayğaclarının “SMART” tipli sayğaclarla əvəz edilməsinə köməklik göstərməsini, Vəligülla Rzayev Qarabağ əlilləri və şəhid ailələrinin yaşadığı hər iki binaya yeni su xəttinin çəkilməsinə, Möhübbət Nəsirov yaşadığı Rəzəvul kəndinə qaz xəttinin çəkilməsi və 40-cı km-Əliabad avtomobil yolunun təmir edilməsinə köməklik göstərməyini xahiş etdilər. Daha sonra cəmiyyətin sədri Veysəl Məlikov, Bulud Əliyev, Üzeyir Məmmədov çıxış edərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirdilər. Respublikada o cümlədən rayonda aparılan tikinti-quruculuq işlərindən söz açdılar. Son günlərdə ölkəmizdə sabitliyi pozmağa cəhd göstərənlərin neqativ hərəkətlərini qətiyyətlə pislədiklərini qeyd etdilər.
Sonda rayon icra hakimiyyəti başçısı Qarabağ müharibəsi əlillərinin qaldırdıqları problemlərin həlli istiqamətində tədbirlərin görüləcəyini qeyd etdi.
 

Keçidlər