Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Züvüc ərazisində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

17 aprel 2019 | 16:00

Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Zövnə kəndində Züvüc kənd inzibati ərazi dairəsindən olan vətəndaşlarla səyyar görüş-qəbul keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı. Bildirdi ki, cənab Prezidentin tapşırığı ilə yerlərdə səyyar görüş-qəbullar mütəmadi olaraq keçirilir və bu görüşlərdə əsas məqsəd vətəndaşları narahat edən problemlərlə yerindəcə tanış olmaq və problemlərin həlli istiqamətində tədbirlər görməkdir.
Sonra çıxışında rayon icra hakimiyyətinin başçısı ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolundan danışaraq, bu uğurlu yolun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi.  2019-cu ildə cənab Prezidentin minimum əmək haqqının, pensiyaların, problemli kreditlərin həlli, tələbələrin təqaüdlərinin artırılması barədə verdiyi sərəncamların əhəmiyyəti haqqında kənd əhalisinə geniş məlumat verərək, bu sərəancamların hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirildiyini və razılıqla qarşılandığını vurğuladı.
Daha sonra cənab Prezidentin rayonumuza dördüncü tarixi səfərindən və rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısından söhbət açan natiq ölkəmizin digər regionları kimi, Lerik rayonunun da ildən-ilə inkişaf etdiyini, abadlaşdığını bildirdi. Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq ötən il rayon ərazisində 10 modul tipli məktəbin, Noda kəndində 50 yerlik uşaq bağçasının tikintisi, Lerik şəhərinin, həmçinin Molalan, Sors, Şingədulan və Geskon  kəndlərinin də içməli su təchizatı ilə təmin edilməsi istiqamətində işlərin aparıldığını və bu il qəbul edilmiş yeni Dövlət Proqramına uyğun görüləcək işlərin daha da geniş sahələri əhatə edəcəyini diqqətə çatdırdı.  
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Əlirza Abışov, Vaqif Şahmarov, Həsanağa Qasımov, Mirzəbəy Əzimov və digərləri çıxış edərək rayon ərazisində həyata keçirilən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər, əraziyə qaz xəttinin çəkilməsinə, kəndara yollarının təmirinə, elektrik xətlərinin sipləşdirilməsinə və bir sıra şəxsi xarakter daşıyan problemlərini həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd edərək aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər