Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçiləri rayon sakinlərini qəbul etdilər
11 aprel 2019-cu il tarixində Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçiləri rayon sakinlərini qəbul etdilər.
Prezident cənab İlham Əliyevin tapşırığına əsasən keçirilən qəbulda sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənildi. Müraciətlərin bir hissəsi yerindəcə həll edildi, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verildi.
Qəbulda vətəndaşlar tərəfindən Prezident cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı çərçivəsində Lerik rayonuna göstərilən qayğı və diqqəti, yeni iş yerlərinin yaradılması, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlmiş fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar xüsusi qeyd edildi.
Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirdilər.