Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Azərbaycan Respublikasının 10 milyonuncu sakininin anadan olması münasibətilə ağacəkmə kampaniyası keçirildi

08 aprel 2019 | 16:00

Azərbaycan Respublikasının həyatında çox əlamətdar hadisə baş verib, əhalinin sayı 10 milyon nəfərə çatıb. 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində, keçmiş Ağdərə rayon sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində ölkənin 10 milyonuncu sakini dünyaya gəlib.
7 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikasının 10 milyonuncu sakininin anadan olması münasibətilə Lerik rayonunda Lənkəran-Lerik avtomobil yolunun 54-cü kilometrliyində ağacəkmə kampaniyası keçirilmişdir. Lerik Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin  birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı 600 ədəd sərv, küknar və ərik ağacları əkilmişdir. Aksiyada 250 nəfər iştirak edirdi.

Keçidlər