Vətəndaşların qəbulu keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 32 vətəndaş qəbul edildi.
Rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, ev tikintisi, evinin qəzalı vəziyyətdə olması, maddi yardım verilməsi, torpaq məsələləri, özünüməşğulluq layihəsində iştirakının təmin edilməsinə və digər məsələlərlə bağlı idi.
Qəbulda vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.