Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirildi
Xalqımızın qan yaddaşına yazılan 20 yanvar faciəsinin 23-cü ildönümünün keçirilməsi ilə əlaqədar rayon icra hakimiyyəti başçısının imzaladığı sərəncamla təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, kənd inzibati ərazi icra nümayəndəliklərində silsilə tədbirlər, anım mərasimləri keçirilmiş, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir.
19 yanvarda isə rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, geniş əhali kütləsi və məktəblilər izdihamla, əllərində tər qərənfillər “Şəhidlər” abidə kompleksinə gələrək 20 Yanvar Şəhidlərini yad etdilər, qərənfillər düzdülər.
Elə burada “Şəhidlər” abidə kompleksinin önündə Lerik şəhər bir saylı texniki təmayüllü fənlər liseyinin şagirdlərinin rayon mədəniyyət evinin əməkdaşları ilə birgə hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirildi, xalqımızın azadlığı uğrunda canlarını fəda edən qəhrəman övladlarımıza həsr olunmuş şeirlər səsləndirildi.