Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerikdə Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məsullarının satış yarmarkası mart ayının 21-dək davam edəcək

18 mart 2019 | 16:00

18 mart 2019-cu il tarixdə gün ərzində Heydər Əliyev meydanında Novruz bayramı ilə əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşdırılması,  istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədi ilə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil edildi. Lerik Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə  keçirilən yarmarkada əhalinin sərbəst alış-verişi üçün hər cür şərait yaradılmış, bayram süfrəsi üçün lazım olan müxtəlif çeşiddə ərzaq məhsulları, meyvə-tərəvəz, şirniyyat, çərəzlər, ət-süd,  balıq və digər məhsullar bazar qiymətlərinə nisbətən 20-30 faiz ucuz alıcılara təklif edilmişdir.
Yarmarkada süni qiymət artımının və eləcə də bəzi satıcılar tərəfindən baş verə biləcək sui-istifadə hallarının qarşısının almaq məqsədi ilə rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən ciddi nəzarət həyata keçirildi.
Yaradılan şərait və satış qiymətləri ilə bağlı razılıq bildirən sakinlərdən Abbas Zahidov, Mənaf Diniyev, Əsəd Əsədov və digərləri belə yarmarkaların təşkil edilməsinin əhəmiyyətini qeyd edərək bayramqabağı əhaliyə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon icra hakimiyyəti başçısına minnətdarlıqlarını bildirdilər.

Keçidlər