Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Novruz bayramı münasibəti ilə ümumrayon tədbiri keçirildi

18 mart 2019 | 16:00

Heydər Əliyev meydanında Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, rayon icra hakimiyyəti başçısı aparatının, idarə, təşkilat və müəssisələrin kollektivləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə bayram şənliyi keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı bayram münasibəti ilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış oldu.
Sonra bayram tonqalı rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov və ağsaqqal Hidayət Bəşirov tərəfindən alovlandırıldı.
Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov min illər boyu xalqımız tərəfindən qeyd edilən milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə rayon əhalisini təbrik etdi, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzuladı. Ötən Novruz bayramından bəri rayonda görülmüş tikinti-quruculuq işlərindən, əldə edilmiş nailiyyətlərdən danışdı. Cənab Prezidentin rayonumuza dördüncü səfərinin xoş xatirələrlə xatırlandığını və Prezident cənab İlham Əliyevin qayğı və diqqəti nəticəsində Novruz bayramının respublikamızın bütün regionlarında təntənəli şəkildə keçirildiyini, əhalinin bayram öncəsi  ərzaqla təminatının yaxşılaşdırılması, süni qiymət artımının qarşısının alınması məqsədilə bayram yarmarkalarının təşkilini qeyd edən natiq gələn il Novruz tonqalının doğma və əzəli Qarabağ torpaqlarında alovlanmasını arzu etdi.
Bayram tonqalı ətrafında rayon mədəniyyət mərkəzinin və kənd mədəniyyət evlərinin rəqs ansambllarının üzvləri və özfəaliyyət kollektivlərinin ifasında Novruzun rəmzi olan Kosa və Keçəlin iştirakı ilə yumoristik səhnələr, qədim xalq rəqsləri və oyunlar nümayiş etdirildi və rəngarəng musiqi nömrələri ilə zəngin konsert proqramı təqdim olundu.

Keçidlər