Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şuranın növbəti iclası keçirildi

20 fevral 2019 | 16:00

Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov tədbir iştirakçılarını salamladı və  Şura iclasının gündəliyində duran məsələlər barədə məlumat verdi.
Şura iclasında Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” 30 sentyabr 2015-ci il tarixli 1308-IVQ nömrəli Qanunun tələblərinə uyğun olaraq 2018-ci ildə rayon icra hakimiyyəti başçısı aparatına daxil olan vətəndaş müraciətlərinə baxılması, onların qəbulu işinin təşkili vəziyyəti barədə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Zamiq Əhədovun arayışı dinlənildi.
Şura iclasında gündəlikdə duran məsələlərlə bağlı rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev, başçının müavini Habil Məlikov, Molalan kənd ərazi icra nümayəndəsi Ələkbər Kərimov və Conu kənd ərazi icra nümayəndəsi Eynulla Ramazanov çıxış etdilər.
Sonda çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov Şura iclasının gündəliyinə daxil edilmiş məsələlər ilə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Müzakirə olunan məsələ ilə bağlı Şura iclasında müvafiq qərar qəbul edildi.

Keçidlər