Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Əliabad ərazisində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

14 fevral 2019 | 16:00

Rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Əliabad kəndində Əliabad, Soru və Gürdəsər kənd sakinləri ilə səyyar görüş-qəbul keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov səyyar görüş-qəbulda iştirak edən vətəndaşları salamladı və bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə Əliabad ərazisində görüşürük. Görüşdə əsas məqsəd vətəndaşlarımızın problemlərini yerində öyrənmək, həll edə biləcəyimiz problemlərinizi həll etmək və bizim səlahiyyətlərimiz xaricində olan problemlərinizi isə mərkəzi orqanlara çatdırmaqdır.
Sonra çıxışında rayon icra hakimiyyətinin başçısı qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu yaxınlarda cənab Prezidentin minimum əmək haqqının artırılması barədə verdiyi sərəncam hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilərək, razılıqla qarşılanmışdır. Respublikamızda, o cümlədən, rayonumuzda bütün sahələrdə uğurlu inkişaf gedir. Həlli vacib məsələlər həllini tapır.  Cənab Prezidentin diqqət və qayğısı ilə həyata keçirilən böyük layihələr insanların həyatına rahatlıq gətirir.  Əsas sosial layihələr olan yeni məktəb binaları, xəstəxanaların inşa edilməsi, yol tikintisi, qazlaşma, elektrik təsərrüfatlarının yeniləşməsini misal göstərə bilərik.
Son illər rayon mərkəzi ilə yanaşı, 50-yə yaxın kəndlərimizdə də yeni məktəb binaları tikilmiş, 50-yə yaxın kəndə qaz xətti çəkilmiş, 12 kənddə elektrik xətləri sip kabellərlə əvəzlənmiş, bir neçə kəndimizin yoluna asfalt döşənmişdir. Ötən il cənab Prezidentin müvafiq sərəncamları ilə rayon ərazisində 10 modul tipli məktəbin, Noda kəndində 50 yerlik uşaq bağçasının tikintisi, Veri kəndinə qaz xəttinin çəkilməsi, kəndara yolların əsaslı tikintisi, Lerik şəhərinin, həmçinin Molalan, Sors, Şingədulan və Geskon  kəndlərinin də içməli su təchizatı ilə təmin edilməsi istiqamətində işlərin aparılması cənab Prezidentin rayonumuza göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir.
Sonra natiq Cənab Prezidentin rayonumuza dördüncü tarixi səfərindən söhbət açdı. Bildirdi ki,  Cənab Prezident rayonumuza səfərindən sonra Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması, Lerik şəhərində 48 mənzilli binanın və Orand kəndində yeni məktəb tikintisinə vəsaitin ayrılması barədə Sərəncam imzalaması rayonumuzun gələcək inkişafından xəbər verir.   
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Əliənnağı Əliyev, Eldar Cəfərov, Vaqif Əliyev, Muqabil Şahbazov ərazidə su probleminin həllinə, qaz xəttinin çəkilişinə, Soru kəndində yeni məktəb binasının və Əliabad kəndində bulaq tikintisinə, Gürdəsər kənd yolunun təmirinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər