Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şingədulan kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

31 yanvar 2019 | 16:00

Rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Şingədulan kənd inzibati ərazi dairəsindən olan vətəndaşlarla Şingədulan kəndində səyyar görüş-qəbulu keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı və bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə Şingədulan kəndində görüşürük.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransından söhbət açan rayon icra hakimiyyətinin başçısı cənab Prezidentin iclasdakı giriş və yekun nitqində regionlarda görülmüş işlər barədə geniş məlumat verdi. Həmçinin bildirdi ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ölkəmizdə olduğu kimi rayonumuzda əhəmiyyətli işlər görülmüşdür. Dövlət Proqramına uyğun olaraq Lənkəran-Lerik avtomobil yolunda əsaslı təmir işlərinin görüldüyünü, su-kanalizasiya sisteminin yaradılması, gücü 16,5 MVt olan elektrik stansiyasının inşa edildiyini, Piran-Hamarat-Vijaker avtomobil yolunun əsaslı tikildiyini, rayon ərazisində 10 modul tipli məktəbin, Noda kəndində 50 yerlik uşaq bağçasının tikildiyini, Lerik şəhərinin, həmçinin Molalan, Sors, Şingədulan və  Geskon  kəndlərinin də içməli su təchizatı ilə təmin edilməsi istiqamətində işlərin aparıldığını diqqətə çatdırdı.
Bu işlərin davam etdirilməsi üçün cənab Prezidentin fərmanı ilə regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edildiyini və  Dövlət Proqramında cənab Prezidentin də vurğuladığı kimi əsasən regionlardan gələn təkliflərin və problemlərin nəzərə alındığını qeyd etdi.
Ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi reformalar rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. İnkişafımızın bariz nümunəsi möhtərəm Prezidentimiz İlham Əliyevin 15 oktyabr 2018-ci il tarixdə rayonumuza dördüncü tarixi səfəridir. Cənab Prezidentin rayonumuza tarixi səfərindən sonra Lənkəran-Lerik avtomobil yolunun tikintisinə 9,2 milyon manat, Lerik şəhərində 48 mənzilli binanın tikintisinə 3 milyon manat və Orand kəndində məktəbin tikintisinə 1 milyon manat, cəmi 13,2 milyon manat vəsaitin ayrılması rayonumuzun gələcək inkişafından xəbər verir.   
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Gülağa Əbdülov, Abuzər Hüseynov, İsa İsmayılov, Babəli Quliyev, Rüfət Kərimov və digərləri çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və ərazinin qazlaşdırılmasına, avtomobil yollarının və elektrik xətlərinin təmirinə, su probleminin həllinə, Laman məktəbinin əsaslı təmirinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər