Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Veri kəndinə mavi qaz verildi

24 dekabr 2018 | 16:00

24 dekabr  2018-ci il tarixdə Veri kəndinə mavi qazın verilməsi münasibəti ilə tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev, Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Hüseyn Şirinov, rayon ziyalıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev çıxış edərək öncə kənd sakinlərini salamladı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları və əlamətdar hadisə - Veri kəndinə mavi qazın verilməsi münasibəti ilə təbrik etdi.
Bildirdi ki, son illərdə dünyada baş verən maliyyə çətinlikləri fonunda respublikamız dinamik inkişaf edir, iqtisadiyyatın bütün sahələri üzrə nailiyyətlər əldə edilir. Təsadüfi deyil ki, bu iqtisadi inkişafımız dünyanın ən nüfuzlu maliyyə təşkilatları tərəfindən qəbul  və etiraf edilir. Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliyinə görə Davos Forumu tərəfindən 35-ci yerə yüksəlməyimiz bunun əyani təsdiqidir.
Respublikanın hər yerində olduğu kimi, rayonumuzda da son illər tikinti-quruculuq işləri vüsət almışdır. Lerik şəhərinin küçə və meydanları yenidən qurulmuş, işıqlandırma şəbəkəsi yaradılmışdır. Onlarla inzibati idarə binaları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış evləri və fərdi mənzillər, yeni səhiyyə və mədəniyyət obyektləri, Lerik-Qosmalıan-Kəlvəz, Noda-Şingədulan-Xanagah avtomobil yolları tikilib istifadəyə verilmişdir. 54 yeni məktəb binası, uşaq bağçaları tikilmiş, müasir avadanlıqlarla təchiz olunmuşdur. Təkcə 2018-ci  ildə cənab Prezidentin sərəncamı ilə 10 modul tipli yeni məktəb binasının tikintisinə başlanılmışdır. Məndə olan Məlumata görə ötən il Veri-Əliabadı, Axunəhiran kəndlərində modul tipli məktəb binası tikilmişdir. Hazırda da Küsəkəran kəndində tikinti işləri aparılır. Əvvəlki illərdə isə Babakücədə 180 şagird yerlik möhtəşəm bina tikilmişdir. Piran-Veri yolu hər il rayon icra hakimiyyəti başçısının köməkliyi ilə təmir edilir. Bu ərazinin sakinlərinin mütəmadi istifadə etdiyi yolda, Davradibi kəndində körpünün tikilməsi, poçt və ATS-lər üçün binaların tikintisi, elektron ATS-lərin quraşdırılması əhalinin rahat yaşaması üçün görülən tədbirlərdir.
Bu gün həm də ona görə əlamətdardır ki, bu gün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin doğun günüdür. Mən bütün rayon sakinləri və bu tədbir iştirakçıları adından cənab Prezidenti ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və uzun ömür, ölkəmizin inkişafına xidmət edən titanik fəaliyyətində nailiyyətlər arzulayıram!
2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza tarixi dördüncü səfəri ən unudulmaz hadisələrdəndir. 2018-ci il oktyabrın 15-də cənab Prezidentin Lerikə səfəri  rayon  əhalisinə sevinc bəxş etmişdir. Səfər zamanı yenidən tikilərək asfaltlaşdırılmış Piran-Hamarat-Vıjaker yolunun, Lerik şəhərində 100 yerlik körpələr evi-uşaq  bağçasının, Bayraq Muzeyinin və Modul tipli elektrik stansiyasının açılışları, Lerik şəhərinə suyun verilməsi,  Lənkəran-Lerik yolunun yenidən təmir edilməsi  biz  leriklilərə  gözəl bir hədiyyə oldu.
2019-cu ildə rayonumuzun sosial-iqtisadi və mədəni həyatında infrastruktur layihələrin icrası, Lerik şəhərində 48 mənzilli binanın tikintisi, Orand kəndində yeni məktəb binasının tikintisi, Lənkəran-Lerik yolunun yenidən tikintisi ilə bağlı cənab Prezidentin imzaladığı sərəncamlar Lerikin inkişafına göstərilən diqqətin bariz nümunəsidir.
Sonra kənd sakini Üzeyir Tahirov, Əhədov Ədalət, Fərman Rəhimov çıxış edərək kənd sakinləri adından möhtərəm Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Tədbirdə Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Hüseyn Şirinov çıxış edərək kənd sakinlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları  və kəndə mavi qazın verilməsi münasibəti ilə təbrik etdi. Yeni istifadəyə verilmiş mavi qazdan səmərəli və ehtiyatla istifadə olunması ilə bağlı kənd sakinlərinə tövsiyələrini çatdırdı. 
Sonda rayon İcra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyevin və Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Hüseyn Şirinovun xeyir-duası ilə 80 abonenti olan Veri kəndinə təbii qazın verilməsini bildirən məşəl alovlandırıldı.

Keçidlər