Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Noda ərazisində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

13 dekabr 2018 | 16:00

Rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Noda kəndində Noda, Günəşli, Bilnə və Babagil kənd sakinləri ilə səyyar görüş-qəbul keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov səyyar görüş-qəbulda iştirak edən vətəndaşları salamladı və bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə Noda ərazisində görüşürük. Görüş-qəbulların keçirilməsində əsas məqsəd bilavasitə yerlərdə olan problemləri öyrənmək və mövcud problemlərin aradan qaldırılmasına nail olmaqdır. Bu gün sizlərlə görüşümüzün əsas məqsədi həm görülən işlər barədə sizi məlumatlandırmaq, həm də gələcəkdə görülməsi nəzərdə tutulan işlərdə sizin də fikir və təkliflərinizi öyrənməkdir. Ona görə də  sizi narahat edən problemləri səsləndirin, rəy və təkliflərinizi bildirin.
Bu günlərdə xalqımız tərəfindən müstəqil Azərbaycan respublikasının memarı və qurucusu, Ulu öndər Heydər Əliyev hörmətlə yad edilərək, Onun ruhuna öz ehtiramlarını bildirirlər. Məhz ulu öndərin uzaqgörən, məntiqli və düşünülmüş siyasətinin nəticəsidir ki, Azərbaycan Respublikası hər bir sahədə dinamik inkişaf etmiş, dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yer tutmuşdur.  Bu gün də Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən bu siyasi kursun uğurla davam etdirildiyini vurğulayan natiq icra edilən Dövlət Proqramları çərçivəsində rayonumuzda görülən işlər barədə ətraflı məlumat verdi. Son illər rayon mərkəzi ilə yanaşı, 50-yə yaxın kəndlərimizdə də yeni məktəb binalarının tikildiyini, 50-yə yaxın kəndə qaz xəttinin çəkildiyini, 12 kənddə elektrik xətlərinin sip kabellərlə əvəzləndiyini, bir neçə kəndimizin yoluna asfalt döşəndiyini bildirdi. Bu il cənab Prezidentin müvafiq sərəncamları ilə rayon ərazisində 10 modul tipli məktəbin, Noda kəndində 50 yerlik uşaq bağçasının tikintisi, Veri kəndinə qaz xəttinin çəkilməsi, kəndara yolların əsaslı tikintisi, Lerik şəhərinin, həmçinin Molalan, Sors, Şingədulan və Geskon  kəndlərinin də içməli su təchizatı ilə təmin edilməsi istiqamətində işlərin aparıldığını qeyd edən rayon icra hakimiyyətinin başçısı cənab Prezidentin rayonumuza göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırdı.
Sonra Cənab Prezidentin rayonumuza dördüncü tarixi səfərindən söhbət açdı və səfərindən sonra Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması, Lerik şəhərində 48 mənzilli binanın və Orand kəndində yeni məktəb tikintisinə vəsaitin ayrılması barədə Sərəncam imzalaması rayonumuzun gələcək inkişafından xəbər verdiyini vurğuladı.   
Noda ərazisində görülən işlər, Günəşli kənd məktəbinin əsaslı təmir edilməsi, Bilnə kəndində yeni məktəb binasının və Bilnə kəndində körpünün tikintisi, Noda kəndində yeni uşaq bağçasının tikintisində son tamamlanma işlərinin aparıldığını, ərazinin Noda və Günəşli kəndlərində avtomobil yollarının asfaltlaşdırıldığını, ərazinin digər kəndara avtomobil yollarının vaxtaşırı təmir edilməsi və digər sosial obyektlərin inşa edilməsi barədə məlumat verdi.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Fərman Hüseynov, Vəkil Zəkiyev, Əlyar Ağayev, Cəbrayıl Bayramov, Tarverdi Ağayev və digərləri çıxış edərək görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər. Noda ərazisinin qazlaşdırılmasına, Bilnə və Noda kəndlərinə gedən avtomobil yolunun asfaltlaşdırılmasına, Noda kənd mədəniyyət evinin əsaslı təmirinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi. 

Keçidlər