Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşların qəbulu keçirildi

27 noyabr 2018 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 24 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, evinin qəzalı vəziyyətdə olması, evinə dəymiş ziyanın bərpasına köməklik göstərilməsi, tikinti materialı və maddi yardım istəməsi və sairə barədə olmuşdur.
Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Keçidlər