Orand kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi
22 noyabr 2018-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyəti başçısının rayonun hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Orand kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamlayaraq cənab Prezidentin rayonumuza dördüncü tarixi səfərindən və rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısından söhbət açan natiq ölkəmizin digər rayonları kimi, Lerik rayonunun da ildən-ilə inkişaf etdiyini, abadlaşdığını bildirdi. Son illər rayon mərkəzi ilə yanaşı ucqar dağ kəndlərimizdə də 50-yə yaxın yeni məktəb binalarının, 50-yə yaxın kəndə qaz xəttinin çəkildiyini, 12 kənddə elektrik xətlərinin sipp kabelə əvəzləndiyini, kəndara yollarının təmir edildiyini, bir neçə kəndimizin yoluna asfalt döşəndiyini qeyd etdi. Bu il cənab Prezidentin müvafiq sərəncamları ilə rayon ərazisində 10 modul tipli məktəbin, Noda kəndində 50 yerlik uşaq bağçasının tikintisi, Lerik şəhərinin, həmçinin Molalan, Sors, Şingədulan və Geskon kəndlərinin də içməli su təchizatı ilə təmin edilməsi istiqamətində işlərin aparıldığını diqqətə çatdırdı.
Cənab Prezidentin rayonumuza tarixi səfərindən sonra Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması, Lerik şəhərində 48 mənzilli binanın və sizin kəndinizdə də yeni məktəb tikintisinə vəsaitin ayrılması barədə Sərəncam imzalaması rayonumuzun gələcək inkişafından xəbər verdiyini vurğuladı.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Şahi Əzimov, Həmzə Rüstəmov, Şəmsəddin Cəfərov, Qədir Rzayev və digərləri rayon ərazisində həyata keçirilən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və bir sıra problemlərini həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd edərək aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.