Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Barzavu kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

15 noyabr 2018 | 16:00

Rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Barzavu kəndində Blaband, Barzavu, Ambu, Xəlifəkücə, Osnağakücə, Lüləkəran və Şinəband kəndlərindən olan vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı və bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə Barzavu kəndində görüşürük.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları barədə məlumat verən natiq ölkəmizdə olduğu kimi rayonumuzun da sürətlə inkişaf etdiyini və əhalinin rifah halının daha da yaxşılaşdığını qeyd etdi.
Dövlət Proqramına uyğun olaraq Lənkəran-Lerik avtomobil yolunda əsaslı təmir işlərinin görüldüyünü, Piran-Hamarat-Vijaker avtomobil yolunda tikinti işlərinin davam etdirildiyini, rayon ərazisində 10 modul tipli məktəbin, Noda kəndində 50 yerlik uşaq bağçasının tikildiyini, Lerik şəhərinin, həmçinin Molalan, Sors, Şingədulan və  Geskon  kəndlərinin də içməli su təchizatı ilə təmin edilməsi istiqamətində işlərin aparıldığını diqqətə çatdırdı və Blaband ərazisinə daxil olan yaşayış məntəqələrində son illərdə aparılan tikinti-quruculuq işləri barədə məlumat verdi.
Sonra 15 oktyabr 2018-ci il tarixdə Prezident cənab İlham Əliyevin rayonumuza dördüncü tarixi səfəri barədə söhbət açan rayon icra hakimiyyəti başçısı bildirdi ki, ölkə başçısının rayonumuzun iqtisadiyyatının yenilənməsinə, infrastrukturun qurulmasına, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn layihələrin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşü, orada söylədiyi proqram xarakterli çıxışı və rayonumuzun gələcək inkişafı ilə bağlı imzaladığı Sərəncamlar cənab Prezidentin hər bir bölgəyə, hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşmasını bir daha sübut etdi.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Əflatun Həsənov, Əzizəli Ağamalıyev,, Sədaqət Əliyeva, Şakir Babayev, Gülağa Cabbarov və digərləri çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və Barzavu kəndinə gələn avtomobil yolunun asfaltlaşdırılmasına,  ərazidə su probleminin həllinə və elektrik xətlərinin təmirinə, internet xidmətinin təşkilinə, Lüləkəran tam orta məktəbinin dam örtüyünün təmirinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər