Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Barzavu kənd ümumi orta məktəbinin açılış mərasimi keçirilmişdir

15 dekabr 2012 | 16:00

2012-ci il dekabrın 14-də Barzavu kənd ümumi orta məktəbi üçün yeni inşa edilmiş 180 yerlik binanın açılış mərasimi keçirilmişdir.
Məktəb binasının istifadəyə verilməsi münasibəti ilə keçirilən mərasimi giriş sözü ilə Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov açmışdır. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov son illər ölkə Prezidenti tərəfindən təhsilə göstərilən qayğı və diqqəti qeyd etdi. Bildirdi ki, bu qayğı və diqqətin nəticəsidir ki, təkcə bu il rayonumuzda tikilən 15 yeni məktəbdən yeddincisinin açılışını edirik. Bu əlamətdar hadisə münasibəti ilə Barzavu kəndinin bütün əhalisini, müəllimləri və şagirdləri təbrik edirəm.
Sonra YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov, məktəbin şagirdi Gülcahan Əliyeva və digərləri çıxış edərək ucqar dağ rayonunun inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq ifadə etdilər.
Daha sonra məktəbin açılışını bildirən qırmızı lent kəsildi, binaya baxış keçirildi. Məlumat verildi ki, məktəb binası müasir avadanlıqlarla təmin edilmiş 9 sinif otağı, fizika və kimya laboratoriyası, kompüter otağı, bufet və idman zalından ibarət olmaqla, müasir istilik sistemi ilə təchiz olunmuşdur.
 

Keçidlər