Şuranın növbəti iclası keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şuranın növbəti iclası keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov tədbir iştirakçılarını salamladı və Şura iclasının gündəliyində duran məsələlər barədə məlumat verdi.
Şura iclasında Erkən nikahlara qarşı mübarizə işi sahəsində rayonda görülən işlər haqqında və “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun və mədəniyyət sahəsi üzrə digər normativ hüquqi aktların tələblərindən irəli gələn vəzifələrin rayonda icrası və Cəngəmiran, Çayrud və Kirəvud kənd inzibati ərazi dairələrində fəaliyyət göstərən mədəniyyət müəssisələrində əhaliyə göstərilən xidmət işinin vəziyyəti barədə başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədovanın arayışları dinlənildi.
Şura iclasında gündəlikdə duran məsələlərlə bağlı rayon vətəndaş vəziyyətləri aktlarının qeydiyyatı şöbəsinin rəisi vəzifəsini icra edən Hökumə Turhidə, rayon təhsil şöbəsinin müdiri Zöhrab Salayev, QMİ-nin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi, Axund İlham Əliyev, rayon mərkəzi xəstəxanasının baş həkimi Mübariz Ağayev və icra nümayəndələri çıxış etdilər.
Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov Şura iclasının gündəliyinə daxil edilmiş məsələlər ilə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Müzakirə olunan məsələlər ilə bağlı Şura iclasında müvafiq qərar qəbul edildi.