Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Züvüc kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

01 noyabr 2018 | 16:00

Rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Züvüc kəndində Züvüc, Zövnə, Arta və Çeşman kəndlərindən olan vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı və bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə Züvüc kəndində görüşürük.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları barədə məlumat verən natiq ölkəmizdə olduğu kimi rayonumuzun da sürətlə inkişaf etdiyini və əhalinin rifah halının daha da yaxşılaşdığını qeyd etdi.
Dövlət Proqramına uyğun olaraq Lənkəran-Lerik avtomobil yolunda əsaslı təmir işlərinin görüldüyünü, Piran-Hamarat-Vijaker avtomobil yolunda tikinti işlərinin davam etdirildiyini, rayon ərazisində 10 modul tipli məktəbin, Noda kəndində 50 yerlik uşaq bağçasının tikildiyini, Lerik şəhərinin, həmçinin Molalan, Sors, Şingədulan və  Geskon  kəndlərinin də içməli su təchizatı ilə təmin edilməsi istiqamətində işlərin aparıldığını diqqətə çatdırdı.
Ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi reformalar rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. İnkişafımızın bariz nümunəsi möhtərəm Prezidentimiz İlham Əliyevin 15 oktyabr 2018-ci il tarixdə rayonumuza dördüncü tarixi səfəridir. Ölkə başçısının rayonumuzun iqtisadiyyatının yenilənməsinə, infrastrukturun qurulmasına, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn layihələrin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşü, orada söylədiyi proqram xarakterli çıxışı, rayonumuzun gələcək inkişafı ilə bağlı imzaladığı Sərəncamlar bir daha Prezidentin hər bir bölgəyə, hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşmasını bir daha sübut etdi.
Cənab Prezidentin rayonumuza tarixi səfərindən sonra Lənkəran-Lerik avtomobil yolunun tikintisinə 9,2 milyon manat, Lerik şəhərində 48 mənzilli binanın tikintisinə 3 milyon manat və Orand kəndində məktəbin tikintisinə 1 milyon manat, cəmi 13,2 milyon manat vəsaitin ayrılması rayonumuzun gələcək inkişafından xəbər verir.   
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Allaşükür Rəcəbov, Ağaxan Əliyev, Həsanağa Qasımov, Elxan Əliyev, Nənəgül Heydərova və digərləri çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və ərazinin qazlaşdırılmasına, əraziyə gələn avtomobil yolunun və elektrik xətlərinin təmirinə, su probleminin həllinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər