Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrlə bağlı rayon icra hakimiyyəti başçısının hesabatına həsr olunmuş Şuranın geniş iclası keçirildi

17 oktyabr 2018 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr və 2018-ci ilin doqquz ayında Lerik rayonunda görülmüş işlər, qarşıda duran vəzifələr” barədə Şuranın geniş iclası keçirildi.
Şura  iclasını giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov  Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı Azərbaycanda hesabat dövründə qarşıya qoyulan vəzifələrin uğurla və vaxtında icra edildiyini, dinamik inkişafın təmin olunduğunu, ölkəmizin əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını diqqətə çatdırdı.
Ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi reformalar rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. İnkişafımızın bariz nümunəsi möhtərəm Prezidentimiz İlham Əliyevin 15 oktyabr 2018-ci il tarixdə rayonumuza dördüncü tarixi səfəridir. Ölkə başçısının rayonumuzun iqtisadiyyatının yenilənməsinə, infrastrukturun qurulmasına, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn layihələrin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşü, orada söylədiyi proqram xarakterli çıxışı, rayonumuzun gələcək inkişafı ilə bağlı imzaladığı Sərəncamlar bir daha Prezidentin hər bir bölgəyə, hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşmasını bir daha sübut etdi.
Cənab Prezidentin rayonumuza tarixi səfərindən sonra Lənkəran-Lerik avtomobil yolunun tikintisinə 9,2 milyon manat, Lerik şəhərində 48 mənzilli binanın tikintisinə 3 milyon manat və Orand kəndində məktəbin tikintisinə 1 milyon manat, cəmi 13,2 milyon manat vəsaitin ayrılması rayonumuzun gələcək inkişafından xəbər verir.   
Bu inkişafın rayonumuzun da iqtisadiyyatına, əhalinin həyat şəraitinin yaxşılaşmasına təsirini bir daha diqqətə çatdırdı. Keçən 9 ay ərzində əvvəlki illərdə olduğu kimi rayonumuzda aparılan quruculuq-abadlıq işləri barədə məlumat verərək şəhər və kəndlərimizdə abadlıq işlərinin  davam etdirildiyini bildirdi.
Rayonumuzun aqrar rayon olduğunu qeyd edən rayon icra hakimiyyəti başçısı əhalinin əsas məşğuliyyətinin əkinçilik və heyvandarlıq olduğunu vurğulayaraq bildirdi ki, rayon üzrə vətəndaşlarla aparılmış maarifləndirmə və izahat işləri nəticəsində əkin sahələrinin dövriyyəsi xeyli artmışdır. 3158,91 hektar sahədən 6828,6 ton, keçən ilə nisbətən 178,5 ton çox taxıl və digər dənli-paxlalı məhsul tədarük edilmiş, 1655 hektar, keçən ilin müvafiq dövrünə nisbətən 927 hektar sahədə herik şumu aparılmış, 481 hektar sahədə buğda səpini həyata keçirilmişdir. Həmçinin 19 kənd inzibati ərazi dairəsi üzrə 27,0 hektar sahədə Virciniya” və “İmmuna” tütün sortları əkilmişdir. Hal-hazırda məhsulun yığımı və qurudulması işləri davam etdirilir.
Sonra rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov geniş məruzə ilə çıxış etdi.
Şura iclasında rayon mərkəzi xəstəxanasının baş həkimi Mübariz Ağayev, 52 nömrəli “Yol İstismarı” MMC-nin direktoru Elxan Əliyev və rayon gənclər və idman idarəsinin rəisi Natiq İsaqov çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.
Şura iclasına yekun vuran rayon icra hakimiyyətinin başçısı bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 oktyabr 2018-ci il tarixdə rayonumuza tarixi səfərinin əhəmiyyətindən söhbət açaraq bu səfərin hər bir leriklinin qəlbində əbədi qalacağını qeyd etdi. Cənab Prezidentin iştirakı ilə açılışı həyat keçirilən Piran-Hamarat-Vıjaker avtomobil yolunun, 16,5 MVT-lıq elektrik stansiyasının, Lerik şəhərinə içməli suyun verilməsinin, Bayraq Muzeyi və Lerik şəhər 2 saylı körpələr evi – uşaq bağçasının rayon əhalisinə göstərdiyi diqqət və qayğının əyani təzahürü olduğunu bildirdi. 
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə inkişafı ilə bağlı ölkə başçısının iştirakı ilə keçirilən iclasında qarşıya qoyulan vəzifələri, kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi ilə bağlı həyata keçiriləcək tədbirləri diqqətə çatdırdı və icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə tapşırıq və tövsiyələrini verdi.
Sonra rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov ölkə Prezidenti cənab İlham Əliyevin bu il 31 iyul 2018-ci il tarixdə imzaladığı sərəncamla uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə rayon icra hakimiyyəti başçısının Osyodərə kənd ərazi icra nümayəndəsi Eminəli Həşimovun “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildiyini diqqətə çatdırdı, bunu  rayonun bütün ziyalılarına verilən qiymət olduğunu qeyd etdi və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və vəsiqəni Eminəli Həşimova  təqdim etdi.
Sonda Şura iclasında qeyd olunan təkliflər və qarşıda duran vəzifələrlə bağlı müvafiq qərar və Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olundu.

Keçidlər