Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi

05 oktyabr 2018 | 16:00

2018-ci il oktyabrın 5-də Lerik şəhər 3 nömrəli tam orta məktəbinin akt zalında Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun, idarə, müəssisə və təşkilat rəhbərlərinin, təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi.
Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev əlamətdar gün münasibəti ilə təhsil işçilərini təbrik etdi, xoş arzularını çatdırdı. Son illər cənab Prezidentin diqqət və qayğısı ilə rayonda bir çox yeni məktəb binalarının tikildiyini, əsaslı təmir olunduğunu, məktəblərin ən müasir avadanlıq və ləvazimatla təchiz edildiyini qeyd etdi. Son illərdə təhsil sahəsində böyük nailiyyətlərin əldə edildiyini, ali təhsil müəssisələrinə qəbul olan məzunların sayının artdığını, müəllimlərin diaqnostik qiymətləndirilməsində rayonun göstəricisinin respublikanın orta göstəricisindən yüksək olduğunu bildirdi. Hər il rayonun da qabaqcıl müəllimlərinin dövlət başçısı tərəfindən təltif olunduğunu, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli Sərəncamı ilə Nuravud kənd tam orta məktəbinin müəllimi Liftiyev Rasim Şahab oğlunun “Tərəqqi” medalı ilə təltif olunduğunu vurğulayaraq təhsil işçiləri adından ölkə rəhbərinə minnətdarlığını bildirdi.
Tədbirdə rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi, qabaqcıl təhsil işçisi Hüseynbala Əliyev, Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyinin direktoru Gültəkin Şıxəliyeva, Şingədulan kənd tam orta məktəbinin direktoru Xansayad Əskərov, Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyinin müəllimi Zakir Vəliyev, Lerik şəhər 2 nömrəli tam orta məktəbinin müəllimi Hacıbaba Mirzəyev, Gürdəsər kənd tam orta məktəbinin müəllimi Vahid Cəbrayılov çıxış edərək Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbriklərini çatdırdılar, əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışdılar, təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, həmçinin rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir iştirakçılarının timsalında rayonun bütün müəllimlərini təbrik etdi, onlara fəaliyyətində uğurlar arzuladı. Son illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə respublikanın təhsil işçilərinin medallarla təltif edilməsinin, onlara fəxri adların verilməsinin, o cümlədən rayonun bir neçə təhsil işçisinin medallarla təltif olunmasının, onlara “Əməkdar müəllim” fəxri adının verilməsinin dövlət başçısının bütün sahələrə olduğu kimi, təhsilin inkişafına da göstərdiyi diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğuladı. Cənab Prezidentin 2018-ci il 4 oktyabr tarixli Sərəncamı ilə Nuravud kənd tam orta məktəbinin müəllimi Liftiyev Rasim Şahab oğlunun “Tərəqqi” medalı ilə, Təhsil Nazirliyinin əmri ilə Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyasının direktoru Asəf Bədəlovun, Gürdəsər kənd tam orta məktəbinin müəllimi Vahid Cəbrayılovun döş nişanı ilə təltif olunması ilə bağlı təbriklərini çatdırdı.
Nuravud kənd tam orta məktəbinin müəllimi Rasim Liftiyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğını həmişə hiss etdiyini, Prezidentin 2018-ci il 4 oktyabr tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilməsini dövlətimizin başçısının rayonun bütün təhsil işçilərinə göstərdiyi qayğı kimi qiymətləndirdiyini və bütün bunlara görə minnətdarlığını bildirdi.
Sonda təhsildə keyfiyyətin yüksəldilməsində, gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Lerik Rayon İcra Hakimiyyətinin və rayon təhsil şöbəsinin fəxri fərmanları ilə təltif edilmiş təhsil işçilərinə fəxri fərmanlar təqdim edildi.

Keçidlər