Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ulu Öndər Heydər Əliyevin vəfatının 9-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirildi.

13 dekabr 2012 | 16:00

Bu gün Lerik rayonunun mərkəzi meydanı olan Heydər Əliyev meydanında böyük izdiham var. Öndə rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar olmaqla rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər Ümummilli Lider Heydər Əliyevin abidəsi önündən nizamla keçərək gül dəstələri qoyur, Ulu Öndərə öz ehtiramlarını bildirir.
Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar, siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanışlıq oldu. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Konfransda Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov xalqımızın dahi oğlu, müstəqil Azərbaycan Respublikasının memarı Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti haqqında geniş məruzə etdi.
YAP rayon təşkilatının sədri Elxan Qənbərov, Veteranlar Şurasının sədri Hidayət Bəşirov, Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov çıxış edərək Heydər Əliyevin dövlətçilik tariximizdəki yeri və müstəqil Azərbaycanın inkişafı, dünyada tanınması, xalqımızın rifah halının yaxşılaşdırılması üçün həyata keçirdiyi böyük layihələr, elm və sənət adamlarına verdiyi qiymət, gənclərimizin tanınmış universitetlərdə təhsil almaları üçün göstərdiyi səylər, müstəqil Azərbaycanın inkişafı istiqamətindəki titanik fəaliyyət xüsusi qeyd etdilər, onun xatirəsinin qədirbilən xalqımızın qəlbində daim yaşayacağını bildirdilər.
Sonda konfrans iştirakçıları Ulu Öndərə həsr olunmuş “Böyük ömrün anları” sənədli filminə tamaşa etdilər.
 

Keçidlər