Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısının Siyov ərazi icra nümayəndəliyində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

04 oktyabr 2018 | 16:00

Rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Hovil kəndində Siyov, Hovil, Akuşəpeştə və Xəlifəhoni  kəndindən olan vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov səyyar görüş-qəbulda iştirak edən vətəndaşları salamladı və bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə Siyov ərazisində görüşürük.
Görüş-qəbulların keçirilməsində əsas məqsəd bilavasitə yerlərdə problemləri öyrənmək və operativ qaydada aradan qaldırılmasına nail olmaqdır. Bu gün sizlərlə görüşümüz həm görülən işlər barədə sizi məlumatlandırmaq, həm də gələcəkdə görülməsi nəzərdə tutulan işlərdə sizin də fikir və təkliflərinizi öyrənməkdir. Aidiyyəti idarə, hüquq mühafizə orqanlarının rəhbərləri də burada iştirak edir. Ona görə də  sizi narahat edən problemləri səsləndirin, rəy və təkliflərinizi bildirin.
Daha sonra natiq qeyd etdi ki, ölkəmiz cənab Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində gündən günə inkişaf edir. Həyata keçirilən Dövlət Proqramları nəticəsində rayonumuzda da bir çox işlər görülmüşdür.
Azərbaycanın digər rayonları kimi, Lerik rayonu da günü-gündən çiçəklənir, abadlaşır. Cənab Prezidentin siyasətinin əsasını əhalinin sosial müdafiəsinin gücləndirilməsi və onların problemlərinin həll edilməsi təşkil edir. Bu gün ölkəmizdə reallaşdırılan uğurlu iqtisadi islahatlar rayonumuzun da inkişafına ciddi təsir göstərmişdir. Ötən müddət ərzində rayonumuzun inkişafı üçün çox vacib olan Noda-Şingədulan-Xanagah və Lerik-Qosmalıan-Kələxan  avtomobil yolları, bu il isə sizlərin də istifadə etdiyiniz Piran-Hamarat-Vijaker avtomobilinin yolunun tikintisi başa çatdırılmışdır. Bundan əlavə rayonumuzda ötən dövr ərzində suya ehtiyacı olan kəndlərin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə bir neçə kəndimizdə artezian quyularının qazılması, yaşayış məntəqələrinə su xətlərinin çəkilməsi, yeni modul tipli məktəb binalarının tikilməsi, ucqar dağ kəndi olan Veri kəndinə qaz xəttinin çəkilməsi, kəndara yolların təmir edilməsi cənab Prezidentin rayonumuza göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Bəxtiyar Rəfiyev, Əlimusa Zeynalov, İradə Zöhrabova, Mirdadaş Rəsulov, Rəfail İsmayılov, Əliman Zeynalov və digərləri çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və ərazinin qazlaşdırılmasına, Hovil-Siyov kəndara avtomobil yolunun və elektrik xətlərinin təmirinə, su probleminin həllinə, payızlıq əkininin aparılmasından ötrü toxum tədarükünə, ərazidə tütün qəbulu məntəqəsinin tikintisinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər