Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şuranın növbəti iclası keçirildi

12 sentyabr 2018 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şuranın növbəti iclası keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov tədbir iştirakçılarını salamladı və  Şura iclasının gündəliyində duran məsələlər barədə məlumat verdi.
Şura iclasında “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun, dini etiqad azadlığı ilə bağlı münasibətləri tənzimləyən digər normativ hüquqi aktların tələblərinin rayonda icrasının və dini qurumlarla aparılan işin vəziyyəti barədə başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədovanın arayışı dinlənildi.
Şura iclasında gündəlikdə duran məsələlərlə bağlı rayonun din xadimləri, dini icma sədrləri və icra nümayəndələri çıxış etdilər.
Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov Şura iclasının gündəliyinə daxil edilmiş məsələ ilə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Müzakirə olunan məsələ ilə bağlı Şura iclasında müvafiq qərar qəbul edildi.

Keçidlər