Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Müqəddəs Qurban bayramı qeyd olundu

22 avqust 2018 | 16:00

22 avqust 2018-ci il tarixdə müqəddəs Qurban bayramı münasibətilə Lerik rayonunda tədbir keçirildi. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq mühafizə, idarə, təşkilat və müəssisə rəhbərləri, ağsaqqallar, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov bayram münasibətilə rayon sakinlərini təbrik etdi. Qurban bayramının müsəlman aləminin ən gözəl və tarixi, ruzi-bərəkət  bayramlarından biri olduğunu vurğulayaraq ölkəmizdə həmişə olduğu kimi bu ildə də dövlət səviyyəsində iki gün bayram elan edildiyini diqqətə çatdırdı. Rayon icra hakimiyyəti başçısı bu günlərdə ölkəmizin hər yerində Allah yolunda qurbanların kəsildiyini, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezidentimizin rəhbərliyi ilə xalqımızın daha da firavan və əmin-amanlıqla yaşaması, dövlətimizin inkişafı və tərəqqisi üçün dualar edildiyini, şəhidlərimizin ölməz xatirəsinin ehtiramla yad olunduğunu, insanlar arasında şəfqət və mərhəmət duyğularının nümayiş etdirildiyini qeyd etdi.
Sonra qurbanlar kəsilərək Lerik rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi və Böyük Vətən Müharibəsi iştirakçıları və imkansız ailələrə, ümumilikdə 510 ailəyə bayram sovqatı verildi.

Keçidlər