Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik rayonunun inzibati sərhədləri daxilində aparılacaq torpaqların elektron kadastr uçotu işinə başlanılması ilə əlaqədar təqdimat keçirildi

25 iyul 2018 | 16:00

25 iyul 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Lerik rayonunun inzibati sərhədləri daxilində aparılacaq torpaqların elektron kadastr uçotu işinə başlanılması ilə əlaqədar rayon rəhbərliyinin, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyətin nümayəndələrinin iştirak ilə təqdimatı keçirildi.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Ramiz Quliyev iştirak edirdi.
Tədbiri giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov qonaqları salamlayaraq bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanın icrası olaraq respublikada torpaqların elektron kadastr uçotuna alınması işləri yerinə yetirilir.
Fərmana əsasən elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsi işlərinin Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edildiyini bildirən natiq bu işlərə 2016-cı ildən başlandığını və respublikamızın bir sıra rayonlarında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması işinin artıq yekunlaşdığını qeyd etdi. Uçot işinin icra qrafikinin Nazirlər Kabineti tərəfindən təsdiqləndiyini və bu qrafikə uyğun olaraq Lerik rayonunda da bu işlərə start verildiyini diqqətə çatdırdı.
Lerik rayonunda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar torpaq və daşınmaz əmlak mülkiyyətçilərinə, icarəçilərinə və istifadəçilərinə görüləcək işlərin mahiyyətindən, nəticələrinin izahından söhbət açan H.Məlikov uçot işlərinin həyata keçirilməsi müddətində, uçot işi ilə bağlı tədbirlərdə aidiyyəti təşkilatların, ərazi icra nümayəndələrinin, bələdiyyələrin iştirak etməsi və bu işlə bağlı təşkilati dəstəyin təmin olunmasının vacibliyini vurğuladı.
Sonra tədbirdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Ramiz Quliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanın 5-ci hissəsi ilə Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar görüləcək işlər barədə əyani slayd vasitəsilə məlumat verdi və verilən sualları cavablandırdı.

Keçidlər