Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə maarifləndirmə tədbiri keçirildi.

12 iyul 2018 | 16:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli və “2018-ci ilin Azərbaycan Respublikasında  “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” 10 yanvar 2018-ci il tarixli Sərəncamlarından irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 2018-ci ilin 11 iyul tarixində Lerik rayonunun Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına  Tarix İnstitutunun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Cənub bölgəsinin şöbə müdiri Qağayı Məmmədov iştirak edirdilər.
Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın “Azərbaycançılıq məfkurəsi, milli-mənəvi, dini dəyərlərimiz dövlətimizin siyasətində”, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına  Tarix İnstitutunun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarovun “Azərbaycanın cənub bölgəsi Cümhuriyyət dövründə” mövzularında, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Cənub bölgəsinin şöbə müdiri Qağayı Məmmədovun mühazirələri dinlənilmiş, tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

Keçidlər